Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan İcması bəyanat yayıb
"Qərbi Azərbaycan İcması olaraq, Niderlandın Xarici İşlər Nazirinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburən tərk etməsinə dair iddiasını pisləyirik".
Oxu.AZ xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bildirilib ki, Niderlandın Azərbaycana qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Niderland Azərbaycana böhtan atmaq əvəzinə, Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini BMT Nizamnaməsinə uyğun olaraq yerinə yetirməli və orada yerli əhalinin hüquqlarını pozmağa son qoymalıdır:
"Ermənilər Azərbaycan hökumətinin reinteqrasiya və vətəndaşlıq təklifini qəbul etməkdən imtina edərək, öz iradələri ilə Qarabağ bölgəsini tərk etmişlər. Bundan başqa, bu kimi məsələlərdə ancaq etnik ermənilərə istinad etmək, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıları gözardı etmək etnik və dini əsasda ayrı-seçkilik təşkil edir. Dekolonizasiyanı həyata keçirməkdən imtina edərək yerli əhalinin hüquqlarını pozan Niderlandın insan hüquqları və humanitar məsələlər barədə danışmağa mənəvi haqqı yoxdur. Biz Niderlanddan Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmağı və Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaq hüquqlarına hörmətlə yanaşmağı tələb edirik".
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması: "Levon Ter-Petrosyanın çıxışı irqçiliyi nümayiş etdirir"
- Qərbi Azərbaycan İcmasının 2025-ci ildə əsas hədəfləri açıqlanıb
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlılar Türkiyə ilə sərhəddə mitinq keçirirdilər"
- Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən məqalə nüfuzlu nəşrlərdə dərc olunub
- İcma fransalı deputatın azərbaycanlıların qayıdış hüququna zidd fikirlərini qınayıb