Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş nazirinə cavab verib
Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana cavab bəyanatı yayıb.
Bəyanatda deyilir:
“Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir. Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur. Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olduğunu çox yaxşı izah edir.
V.Oskanyan da ATƏT-in sabiq Minsk qrupu, Tomas de Vaal kimi artıq keçmişdir”.
Ən çox oxunanlar