Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinə cavab verib - VİDEO
“Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib”.
Bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.
Qeyd olunur ki, ksenofob paylaşım və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını” düşünən fransalı səfirin yanaşması, sadəcə, gülüş doğurur:
“Bu ştatlı azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə mənasız paylaşımlar etməklə çıxmağa çalışır”.
“Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin - Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır. O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscidin timsalında təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır. Lakin etnik və dini təəssübkeşlik, azərbaycanofobiya, islamofobiya, şarlatanlıq buna imkan vermir”, - deyə bəyanatda vurğulanır.
"BMT" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- BMT: "Azərbaycanda inflyasiya azalacaq"
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB