Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qərbi Azərbaycan İcması Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib
"Qərbi Azərbaycan İcması (QAİ) Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir".
Oxu.Az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilib.
"Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalıb.
"Ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik", - deyən Polşa prezidentinə xatırladırıq ki, Azərbaycan əraziləri işğal altında olarkən Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmamışıq.
Polşa prezidentinin ölkəsinin "Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi" ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsa idi, daha məntiqli olardı.
Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq. Ermənistan isə başa düşməlidir ki, "binokl diplomatiyası" kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantüristlərə "yeni xilaskar" gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür", - deyə bəyanatda qeyd olunub.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Qərbi Azərbaycan Xronikası: "Novruzun əsl adı Yaz və ya Böyük bayramdır"
- Qərbi Azərbaycan Xronikası: "Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın"
- Xronika: "Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq"
- Xronika: "Ermənilərlə urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur"