Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qərbi Azərbaycan İcmasından qovulmuş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ
Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması 20 iyun Ümumdünya Qaçqınlar Günündə bütün dünyadakı köçkünlərlə həmrəyliyini bildirir və dünya ictimaiyyətini qaçqınlar məsələsinə daha artıq diqqət yetirməyə çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir.
"Köçkünlük probleminin dayanıqlı həlli didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmasına şərait yaratmaqdan keçir.
Qərbi Azərbaycan İcması, üzvlərinin öz doğma torpaqlarına qayıdışı məqsədinə dialoq yolu ilə nail olmaq əzmindədir. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, həmçinin sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir.
Qərbi Azərbaycan İcması qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazırdır. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə yardım etmir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırır", - bəyanatda qeyd edilib.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- Qərbi Azərbaycan Xronikası: "Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək"
- Əziz Ələkbərli: "Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır"