Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib, saytı təqdim olunub - FOTO
Qərbi Azərbaycan İcmasında təşkilatın 2023-cü ildə fəaliyyətinin qiymətləndirilməsi, görülən işlərə dair hesabatların dinlənilməsi, eləcə də 2024-cü ildə icmanın qarşısında duran prioritetlərin müəyyən edilməsi ilə bağlı illik ümumi yığıncaq keçirilib.
“Report”un xəbərinə görə, iclası giriş sözü ilə açan icmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin icmanın inzibati binasını açılışı zamanı bir qrup ziyalı ilə görüşü icmanın 2023-cü ildə göstərdiyi intensiv fəaliyyət üçün böyük təkan və stimul olub.
“Dövlət başçısının tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə icmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. İcma Bakıda və bölgələrdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində çoxsaylı tədbirlər, o cümlədən elmi-praktik konfranslar, seminarlar, festivallar, sərgilər və konsertlər keçirilib”, - o vurğulayıb.
Sədr bildirib ki, ilin əvvəlində Qayıdış Konsepsiyasının qəbulundan dərhal sonra, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsinin beynəlxalq gündəliyə gətirilməsi istiqamətində sistemli fəaliyyətə başlanıb. İcma Ermənistanın baş naziri Nikol Paşinyana məkub ünvanlayaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməklə, qayıdış mövzusunda dialoqa başlamaq təklifi ilə çıxış edib. Bununla yanaşı, xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciətlər edilərək, icmanın sülhsevər və beynəlxalq hüquqa əsaslanan missiyası barədə məlumat verilib və qayıdış hüququnun təmin olunmasında onların dəstəyi xahiş edilib. İcmanın səkkiz sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. İcma qayıdış məsələsinə dair beynəlxalq təşkilatlarla dialoqa başlayıb və bu təşkilatlar çərçivəsində rəsmi tədbirlərdə iştirak edib. Həmçinin, xaricdə yaşayan Qərbi azərbaycanlıların təşkilatlanması və onlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.
Ə.Ələkbərli söyləyib ki, 5 dekabrda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda 30 xarici ölkədən nümayəndələrin iştirakı ilə baş tutmuş beynəlxalq konfrans Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından böyük rol oynayıb. İcma il ərzində öz fəaliyyəti barədə ictimaiyyəti aktiv şəkildə məlumatlandırıb və xarici dairələrin icma üçün maraq doğuran məsələlərə dair ifadə etdikləri mövqelərə operativ qaydada müvafiq bəyanatlarla reaksiya verib.
O vurğulayıb ki, icma ötən əsrdə dörd dəfə deportasiya olunan soydaşlarımızın və onların varislərinin öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı fəaliyyətini qarşıdakı 2024-cü ildə də davam etdirəcək, bu ədalətsizliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcək.
Ardınca Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli təmsil etdikləri şuralar və birliyin illik hesabatını təqdim ediblər.
Toplantı iştirakçıları Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi prinsipial və ardıcıl yanaşmaya və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi qiymətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib və qarşıdan gələn ad günü münasibətilə cənab Prezidentə səmimi təbriklərini ifadə ediblər.
Sonda Qərbi Azərbaycan İcmasının saytı www.westaz.org-un təqdimatı baş tutub.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad