Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrəvan xanlığının bayrağı və onun tarixi" adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov İrəvan xanlığının tarixindən və bayrağından söz açır.
Onun sözlərinə görə, İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları yer alıb: "Səfəvi və Qacar türk sülalələrinin rəmzinin İrəvan xanlığının bayrağında olması müttəfiqliyi göstərir. İrəvan xanlıqlar içərisində ən güclü ordusu olan xanlıq olub. Müasir İrəvanın gerbi xanlığın bayrağından oğurluqdur. Aslan-günəş simvolu türk dünyasında hökmranlılığı bildirirdi. Aslan-günəş ilk dəfə Qızıl Orda bayrağında təsvir edilib. İrəvanı, onun tarixini zəbt edən ermənilər simvolikasına da əl qoydular. Erməni əsilli şair və tərcüməçi Samvel Qriqoryan özü etiraf edir ki, gerbdə olan şir Zəngəzurdakı abidədən götürülüb və ermənilərə aid deyil. Aslan-günəş rəmzi erməni heraldika tarixinə ziddir. Nişapura gələn Qızıl Orda səfirinin əlində aslan-günəş bayrağı olub".
Tarixçi deyib ki, tanınmış rus şərqşünası, türkoloq akademik Bartold İrəvanı 16-cı əsrdə salınmış türk şəhəri adlandırıb: "O zaman erməni katolikosu İrəvan xanının razılığı ilə seçilirdi. Bütün mənbələr İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə türklərdən ibarət olmasını təsdiq edir. Rus mənbələri göstərir ki, İrəvan qalasının hökmdarları, əhalisi farslar deyil, azərbaycanlılar olub".
P.Gözəlov sonda İrəvan xanı Hüseynqulu xanın ştandartının mənasına da aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"
- Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"