Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: "İrəvanda bədii tikmə və xalçaçılıq sənəti"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qərbi Azərbaycan taxta və daş oyma sənəti fərqlənirdi" adlı buraxılışda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan sənət və sənətkarlıq nümunələrindən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycan abidələrinin dəqiq təsnifatı bu gerçəkləri üzə çıxarıb. İrəvanda bədii tikmə və xalçaçılıq yüksək sənətkarlıqla yerinə yetirilirdi. Bədii tikmə sənətində ancaq qədim türk süjetləri, elementləri istifadə olunurdu. İrəvan xalçaçılığı bu xüsusiyyətləri ilə seçilirdi.
Onun sözlərinə görə, Qərbi Azərbaycan taxta və daş oyma sənəti də fərqli olub. İrəvanda şüşə memarlığı çox geniş inkişaf etmişdi.
A.Xəlilov əjdaha elementinin hansı səbəbə görə xalçanın üzərinə yerləşdirilməsinə də aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Sərhədçilərə dedik ki, ermənilər klubda bizi öldürmək üçün plan qururlar"
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin etirafı: "İrəvanda Qərbi Azərbaycan qorxusu yaşanır"
- Qərbi Azərbaycan Xronikası: Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib
- Fuad Hüseynəliyev: "Tramp dövründə Azərbaycan-ABŞ münasibətləri tədricən yaxşılaşacaq"
- Qərbi Azərbaycan Xronikası: Almalıq, Alpava - türk tarixinin izi