Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![ABŞ Dövlət Departamenti: "İran razılaşmasa, maksimum təzyiq altında qalacaq"](https://images.oxu.az/2025/02/08/0S1sbR2LIjZwsS4cG0AnTEyL3nhJJ49WWNFrYDke:1200.webp)
ABŞ Dövlət Departamenti: "İran razılaşmasa, maksimum təzyiq altında qalacaq"
ABŞ Dövlət Departamenti bildirib ki, İran İslam Respublikası razılaşma istəməsə, yenidən "maksimum təzyiq" siyasəti altında qalacaq.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, departament bu barədə İranın ali rəhbəri Əli Xameneinin Vaşinqtonla danışıqları ağılsız adlandırdığı açıqlamalarından sonra bəyanat verib.
ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, Donald Tramp ABŞ-nin İranın nüvə silahı əldə etməsinə mane olmaqda qərarlıdır və o, İranla razılıq əldə etmək üçün danışıqlara hazır olduğunu açıqlayıb.
Qeyd olunub ki, Trampın danışıqlara hazır olmasından sonra Xameneinin açıqlamaları nüvə razılaşmasına dair fikirləri sarsıdır.
"İran-ABŞ münasibətləri" teqi üzrə xəbərlər
- ABŞ-dən İrana maksimum təzyiq
- Tramp: "İranla əməkdaşlıq edənlərin ABŞ ilə iş görmək hüququ yoxdur"
- İran prezidentinin Moskvaya səfəri ərəfəsində Əli Xamenei rus dilində paylaşım edib
- Tehran Vaşinqtonla barışığa gedir: İranın kurs dəyişikliyinin arxasında nə durur?
- İranda "Azadlıq Radiosu"nun əməkdaşı saxlanılıb
Rəylər