"İranla ABŞ arasında danışıqlarda yaranan fasilə ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri ilə bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı ölkənin dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
"Artıq bir neçə gündür ki, seçkinin nəticələri səbəbindən vasitəçilər səfərlər etmirlər. Danışıqların bərpası üçün əlverişli şəraitin yaranmasına müəyyən vaxt lazımdır", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Abbas Əraqçı Ağ Evi Tehranın tələblərini yerinə yetirməklə müharibə arasında seçim etməyə çağırmışdı.