ABŞ-nin "Nvidia" texnologiya şirkətinin İdarə Heyəti şirkətin təsisçisi və baş icraçı direktoru Censen Huanqın "xarici kəşfiyyat əməliyyatının" hədəfinə çevrildiyinə dair yayılan məlumatlarla bağlı müstəqil araşdırmaya başlanıldığını elan edib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.
Bəyanatda, həmçinin Censen Huanqın araşdırmanı tam dəstəklədiyi və bu prosesdə əməkdaşlıq etmək niyyətində olduğu qeyd edilib.
Daha əvvəl bəzi KİV-də yayılan məlumatlara əsasən, Censen Huanq Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən "Megaspeed" şirkətinin rəhbəri Elis Huanqla sıx əlaqələrdə olmaqda şübhəli bilinir. Bundan başqa, onların arasında sevgi münasibətlərinin olduğu da iddia edilir.
ABŞ xüsusi xidmət orqanlarının hesabatlarına əsasən, Çin tərəfi bu əlaqələrdən süni intellekt texnologiyaları ilə bağlı məxfi məlumatların toplanması və ABŞ-nin ixrac məhdudiyyətlərindən yan keçmək cəhdləri üçün istifadə edə bilər.
Qeyd edək ki, çip istehsalçısı "Nvidia" 4.93 trilyon dollarlıq bazar kapitallaşması ilə dünyanın ən dəyərli şirkətlərindən biri hesab olunur.