Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qərbi Azərbaycan Xronikası: "Tanrı ilə əlaqə quran şəxs Kam adlanır"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Tanrı vergisini gizli saxlamaq lazımdır" adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu Türk xalqlarının qədim inanc sistemindən söz açıb.
O bildirib ki, Şamanizmlə tanrıçılıq eyni anlayışdır. Tanrı ilə əlaqə quran şəxs Kam adlanır.
Onun sözlərinə görə, xam adam həm də gözüaçıqdır: "Kəramət sahibi şamandır. Tanrı vergisini gizli saxlamaq lazımdır. Şamanizm islamda yaşayır".
G.Yoloğlu Qıpçaq qələndərlərinin şahının necə olmasına, ölünün ruhunu Tanrı dərgahına yola salan şəxsin kimliyinə, eləcə də ölənin ruhunu geri çağıra bilən adamlar, göydəki mələklər, yerin altındakı ölülərlə əlləşənlərlə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

"Baku TV" teqi üzrə xəbərlər
- İsraildə bomba düşən avtobus dayanacağında nə baş verib?
- Beren Saat onu məşhurlaşdıran serialdan sonra niyə depressiyaya düşdü? - Şöhrətin arxasındakı sirr
- İranın İsrailə zərbələrinin fəsadları
- Kahramanmaraşdan dünyaya hansı mesajlar verildi?
- Yol kəsişməsində diqqətsizlik hansı problemlər yarada bilər?