Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdıb yaşaya bilər?
Baku TV paytaxt sakinləri arasında "Qərbi Azərbaycan sakinləri qayıdıb, öz yurdlarında yaşaya bilərlərmi?" sualı ilə sorğu keçirib.
Sorğu iştirakçılarının əksəriyyəti Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının onların haqları olduğunu bildirib.
Ermənilərlə münasibətlərin normallaşması məsələsinə gəlincə, sakinlər bu mövzuda da müsbət düşünsələr də, keçmişdə baş verənləri unutmamaq lazım olduğunu vurğulayıblar.
"Dünyada bir çox millətlər arasında müharibələr olub. Amma onların hamısının sonu sülhlə bitib. Başqa bir yol yoxdur. Ermənilər bizimlə qonşudurlar, onları olduqları yerdən köçürə bilmərik. Birgə sülh içində yaşamalıyıq", - deyə sakin söyləyib.
Daha ətraflı videomaterialda:

"Qərbi Azərbaycana qayıdış" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar"
- Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan gənclər mükafatlandırılıblar
- Ermənistanın Qərbi Azərbaycan qorxusu: İrəvan həqiqəti necə təhrif edir?
- Xronika: "Bayden administrasiyası "topal ördək" rolunda ermənilərə sonuncu yaxşılığını etdi"
- Qərbi Azərbaycan Xronikası: "Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək"