Martın 4-də Bakıda Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə keçirəcəyi məsləhətləşmələrdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu sözləri Azərbaycana səfər hazırlaşan, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
“Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz planlaşdırılıb. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət qədərdir”, - Karasin bildirib.