Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Oxu.Az-ın xəbərinə görə, bunu parlamentdə keçirilən beynəlxalq konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzai deyib.
O qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatmasına çox böyük töhfə ola bilər:
“Eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür. Artıq bu istiqamətdə bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatmaqda hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az