Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.