Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ramiz Mehdiyev istefadan sonra nə işlə məşğul olacağını AÇIQLADI - YENİLƏNİB + FOTO/VİDEO
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.
AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, yığıncaqda AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib.
O qeyd edib ki, Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib:
“Məlum edirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu göndərərək uzun illər dövlət başçımızın rəhbərliyi ilə Administrasiyanın rəhbəri işlədiyim dövrdə və Akademiyanın prezidenti kimi fəaliyyətimdə mənə göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmişəm.
Bir məsələni xüsusi demək istərdim. Belə mürəkkəb regionda dövlətə başçılıq etmək böyük əzm, istedad, güclü iradə, yüksək siyasi bacarıq tələb edir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun bütün bu ali keyfiyyətləri özündə birləşdirən lideri var. Dərin minnətdarlıq hissi ilə deməyi özümə borc bilirəm ki, həm ulu öndər Heydər Əliyev, həm də hörmətli Prezidentimiz İlham Əliyev mənim əməyimə yüksək qiymət veriblər.
Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”.
Ramiz Mehdiyev çıxışında Akademiyanın dövlətimizin qüdrətinin artırılmasında daha fəal və yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır”.
Akademiya prezidenti çıxışının sonunda iki il dörd ay ərzində onunla birlikdə çalışmış Rəyasət Heyəti üzvlərinə, elmi-tədqiqat institutlarının kollektivlərinə, aparatın əməkdaşlarına təşəkkür edib.
Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.
Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
12:20
AMEA-nın növbəti Ümumi yığıncağında prezident seçiləcək.
Bununla bağlı Oxu.Az-a akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, növbəti iclasın tarixi və namizədlərin kimliyi hələ bəlli deyil:
“Ramiz müəllim istefa verdi. Əsas məsələ Akademiyanın taleyidir. Məqsədimiz odur ki, Akademiya fəaliyyətini davam etdirsin”.
12:14
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
Bununla bağlı Oxu.Az-a akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, AMEA-da prezident vəzifəsini Akademiyanın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.
R.Mehdiyevdən başqa akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Kamal Abdulla da iclasda iştirak edəcək.
N.Cəfərov jurnalistlərin iclasda namizədlərdən kimin seçiləcəyinə dair sualına cavab olaraq bildirib ki, bu, hələ məlum deyil, iclasdan sonra məlumat veriləcək.
K.Abdulla da bildirib ki, ümumi yığıncaqda yalnız bir məsələ müzakirə ediləcək.
09:07
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.
Oxu.Az xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.
Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
Könül Cəfərli
FOTO: Rəşad Mehdiyev
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"