Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə President.az məlumat yayıb.
Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.
Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.
Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü
- Bəzi şəxslərə 2500 manat birdəfəlik maddi yardım ödənilib - RƏSMİ
- Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
- İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub
- Səfərbərlik Xidmətinin qanunda cərimələrlə bağlı edilən dəyişikliklər barədə MÜRACİƏTİ