Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəqabət Məcəlləsinin hansı üstün tərəfləri var? - ŞƏRH + FOTO
Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Ölkə başçısı İlham Əliyev ötən gün Rəqabət Məcəlləsini təsdiqləyib. 12 fəsil, 84 maddədən ibarət olan qanun 2024-ci ilin bir iyul tarixindən qüvvəyə minəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov Oxu.az-a açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsi ilk növbədə özəl sektorun daha da inkişaf etdirilməsi və genişlənməsi nəzərə alınaraq qəbul olunub:
“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qəbul olunub. Həmin məcəllə bir iyul 2024-cü il tarixindən qüvvəyə minəcək. Əsas məqsəd ölkədə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, qorunmasına, inkişafına töhfə verilməsi ilə bağlıdır.
Əlbəttə ki, Rəqabət Məcəlləsi rəqabət qanunvericiliyinin yeni təkmilləşdirilmiş formada tətbiq edilməsi ilə bağlıdır. Məcəllədə müəyyənləşdirilmiş əsas istiqamətlər azad və sağlam rəqabətin təmin olunması ilə yanaşı, rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payları, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, birləşmələr və həmçinin dövlət orqanlarının rəqabət qanunvericiliyinə əməl edilməsi və insanların fəaliyyətinin tənzimlənməsi ilə bağlı olacaq”.
X.Seyranov məcəllənin bir sıra üstün tərəfləri olduğunu qeyd edib:
“Məcəllədə bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları və hökmran mövqeyinin yeni meyarları da hazırlanıb.
Əlavə olaraq qeyd etmək lazımdır ki, haqsız rəqabətin formalarına yenidən baxılıb. Rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımların atılması müəyyənləşdirilib. Bunlar da azad sahibkarlığın inkişafı üçün çox zəruridir. Həmçinin istehlakçıların hüquqlarının qorunması baxımından zəruridir. Bazar paylarının müəyyənləşdirilməsi ölkədə inhisarın qarşısının alınması üçün kifayət qədər zəruridir”.
“Ümumilikdə Rəqabət Məcəlləsi rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələri, tələbləri, habelə qadağan olunmuş bir sıra üfüqi sazişlərini, kartel əməliyyatlarını müəyyən etməyə imkan verəcək. Bu Məcəllə ölkədə həm özəl sahibkarlığın inkişaf etdirilməsinə, həm də kiçik və orta sahibkarlıq subyektlərinin mövqelərinə daha yaxşı təsir göstərəcək. Onların inkişafı üçün müəyyən hüquqi çərçivəni müəyyənləşdirəcək”, - deyə X.Seyranov əlavə edib.
Nəzrin Vahid
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"