Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rəsmi Bakı Gürcüstana etiraz etdi
Azərbaycan XİN bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulmasına münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı XİN-in mətbuat xidməti məlumat yayıb:
“Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki Azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir”.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib