Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rəsmi Bakıdan Kanadanın XİN başçısına sərt tənqid: "Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır"
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini sərt şəkildə tənqid edib. XİN rəsmisi kanadalı nazirin qərəzli olduğunu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyini vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ayxan Hacızadə sosial şəbəkədə paylaşım edib.
Mətbuat katibi Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.
Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb.
"Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız", - o vurğulayıb.
Hacızadə həmçinin bir aforizmə istinad edib: "Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır". O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb: "Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox".
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub:
"Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi".
"Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub", - o əlavə edib.
Engaging in advocacy for the Armenian National Committee of Canada (@ancc_cnac), rather than prioritizing Canadian national interests and maintaining credibility on the international stage, raises serious concerns about the judgment and awareness required for the role of Foreign… https://t.co/O9yM2SEe0k
— Aykhan Hajizada (@Aykhanh) April 24, 2025
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Azərbaycan XİN: "Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik"
- İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? - AÇIQLAMA
- Ayxan Hacızadə: "Fransanın ikiüzlü siyasəti regionda davamlı sülh perspektivlərinə mane olur"
- XİN Barroya cavab verdi: "Belə ikili yanaşma Fransanın riyakarlığını göstərir"
- XİN: "AŞPA prezidentinin Azərbaycan əleyhinə iddialarını qətiyyətlə rədd edirik"