Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Riffat İnam Butt: "İnsanların, onların mədəniyyətinin məhv edilməsinə reaksiya göstərilməlidir"
"Azərbaycan beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan təkliflərlə çıxış edir və dayanıqlı sülhün təmin olunmasında bunlar nəzərə alınmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının təşkil etdiyi "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" adlı II beynəlxalq konfrans çərçivəsində "Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış" mövzusunda keçirilən panel sessiyada Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt deyib.
O bildirib ki, insanların, onların tarix və mədəniyyətinin məhv edilməsinə reaksiya göstərilməlidir:
"Bununla yanaşı, vətəndaş cəmiyyətlərinin də fəaliyyətinə dəstək nümayiş olunmalıdır ki, bu, sadalananlar baxımından mühüm əhəmiyyət daşıyır".
Mərahim Nəsib
"Qərbi Azərbaycana qayıdış" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan gənclər mükafatlandırılıblar
- Ermənistanın Qərbi Azərbaycan qorxusu: İrəvan həqiqəti necə təhrif edir?
- Xronika: "Bayden administrasiyası "topal ördək" rolunda ermənilərə sonuncu yaxşılığını etdi"
- Qərbi Azərbaycan Xronikası: "Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək"
- Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdıb yaşaya bilər?