Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır
Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün üçtərəfli sazişlərində nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq naminə bu mühüm addımı dəstəkləyirik", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətləri normallaşdırmaq, həmçinin sülh müqaviləsi imzalamaq üçün Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır.
"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya platforması təqdim etmək təklifimizi təsdiq edirik", - M.Zaxarova vurğulayıb.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"
- Zaxarova Zelenski barədə: "Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!"
- Mariya Zaxarova "Rus Evi"nin və "Sputnik" redaksiyasının Azərbaycanda bağlanması ilə bağlı danışdı