Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
"Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz hesab edir".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiyalı diplomat vurğulayıb ki, Rusiya televiziyasında Zəngəzur dəhlizi ilə bağlı jurnalistin açıqlamalarına Ermənistanın hədsiz emosional reaksiyası çaşqınlığa səbəb olur.
"Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik", - deyə M.Zaxarova qeyd edib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
- Rusiya Sucaya nəzarəti bərpa edib
- Vayra Vike-Frayberqa: "Putin unudur ki, Rusiya Sovet İttifaqı deyil"