Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyalı siyasi məsləhətçi: Putin və Əliyevin Soçidəki görüşü əlamətdar ola bilər
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək. İki ölkə başçısının bu görüşü əlamətdar ola bilər.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı siyasi məsləhətçi Dmitri Fetisov deyib.
“Azərbaycan Rusiyanın etibarlı tərəfdaşıdır və hər iki ölkə rəhbəri arasında uzun müddətdir sıx işgüzar əlaqələr mövcuddur. İlk baxışdan elə görünə bilər ki, prezidentlər arasında müzakirə üçün prisipial məsələlər yoxdur.
Misal üçün, Xəzər Konvensiyası bir müddət öncə ratifikasiya edilib və hazırda ondan gözləntilər yoxdur. Və eyni zamanda, Soçi görüşü əlamətdar ola bilər. Bu, bəzi vətəndaşların başa düşmədiyi, ancaq beynəlxalq əlaqələrdə mühüm əhəmiyyətə malik bir sıra aspektlər üçün işarədir”, - D.Fetisov Valday klubunun Soçidəki iclası çərçivəsində keçirilməsi planlaşdırılan Rusiya və Azərbaycan prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, istənilən halda dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaq.
“Putin və Əliyev bu məsələni açıq şəkildə deyil, bağlı qapılar arxasında müzakirə edəcəklər. Belə danışığın olub-olmaması isə görüş müddətində məlum olacaq. Bu səviyyədə olan məsələlər iki ölkə lideri arasında 15 dəqiqəyə həll edilmir.
Qarabağ məsələsinin həlli, Azərbaycan və Ermənistan xalqları arasında barışıq bir daha dünya ictimaiyyətinə Rusiya Federasiyasının beynəlxalq siyasətinin təcavüzkar olmaması və Moskvanın sülhün qarantı kimi çıxış etməyə hazır olması siqnalı ola bilər. Və bu Donbas məsələsinin həllində Rusiyanın xeyrinə ciddi arqument olacaq”, - siyasi məsləhətçi deyib.
D.Fetisov əlavə edib ki, Qarabağ üzrə danışıqlar prosesində “hazırda münaqişənin bütün iştirakçıları nöqteyi-nəzərindən onun həlli üçün əlverişli vəziyyət yaranıb”.
“Əliyev müdrik rəhbər kimi Ermənistan Baş naziri Nikol Paşinyanın Amerika elitası ilə “oynaşmasını” görməyə bilməz. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının ötən həftə baş tutan iclasında Qarabağ məsələsində irəliləyişlərin olmaması ilə bağlı şikayəti də təsadüfi deyil”, - o qeyd edib.
D.Fetisov Putinin oktyabrın 1-də Yerevanda keçirilən Avrasiya İqtisadi Birliyinin ali iclasında iştirakını da şərh edib.
“Dünən Putin Paşinyanla kifayət qədər isti danışdı. Bununla yanaşı, Yerevanda olan zaman Rusiya prezidenti Robert Koçaryanın həyat yoldaşı ilə görüşdü. Faktiki olaraq Putin göstərib ki, eks-prezidenti dəstəkləməkdən imtina etməyib və “Qarabağ klanı”nın liderinə qarşı cinayət təqibi ilə razı deyil.
Eyni zamanda, dövlət başçısı Rusiyanın Ermənistanın daxili işinə qarışmaq niyyətində olmadığını və erməni xalqının lideri kimi Paşinyanla dialoqa hazır olduğunu göstərib”, - o bildirib.
Onun sözlərinə görə, Paşinyan reytinqini yüksək səviyyədə qorumaq üçün bir sıra ciddi uğurlar nümayiş etdirməlidir.
“Paşinyanın güvəndiyi iqtisadi uğurlar əldə edilmədi. Qarabağ məsələsini baş nazir hələ siyasi maraqları üçün istifadə edir, ancaq fayda gördüyü an o, mövqeyini dəyişə və bunu Ermənistan cəmiyyətinə uzun müddətdir davam edən Qarabağ probleminin qansız həll yolu olaraq müvəffəqiyyət kimi təqdim edə bilər”, - D,Fetisov əlavə edib.
Rasim Babayev
"BMT" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib