Azərbaycan və Ermənistan liderlərinin görüşü Dağlıq Qarabağ münaqişəsi üzrə tənzimləmə prosesinin aktivləşməsinə dair ehtiyatlı optimizm üçün əsas verir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bazar ertəsi mətbuat konfransında bildirib.
“Dağlıq Qarabağa gəldikdə xüsusilə də təmas xəttində hadisələrin son həyəcandoğurucu inkişafını nəzərə alsaq, bu, ATƏT üçün aktual mövzudur”, - o qeyd edib.
Diplomatın sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Cenevrədə baş tutan görüşü, artıq siyasi tənzimləmə və regionda hərbi gərginliyin azalması istiqamətində irəliləyişdir.
“Azərbaycan və Ermənistan prezidentləri bir daha konseptual planda razılaşdırılmış tənzimləmə prinsipləri üzrə işləməyə hazır olduqlarını təsdiqləyiblər”, - Lukaşeviç xatırladıb.
“Görüşün özü həmsədrlərin üçlüyünün (ATƏT-in Minsk qrupu) işlərin aktivləşməsi planında ehtiyatlı optimizm üçün əsas verir, bu isə bütün tənzimləmənin hərəkətedici lokomotividir”, - daimi nümayəndə belə hesab edir.