Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
Rusiyanın "Rossiya-1" televiziya kanalında Dmitri Kiselyovun aparıcılığı ilə yayımlanan "Vesti nedeli" proqramında ümummilli lider Heydər Əliyevə həsr olunmuş reportaj göstərilib.
Oxu.Az-ın verdiyi məlumata görə, reportajda Moskva şəhərində Azərbaycan səfirliyinin yaxınlığındakı parkda Heydər Əliyevə abidə qoyulması planlarından bəhs edilib.
Bildirilir ki, Baykal-Amur Magistralının (BAM) tikinti işçiləri bu abidənin qoyulması xahişi ilə Moskvaya müraciət ediblər, çünki Heydər Əliyev "əsrin tikintisi"nin təşkilatçılarından biri olub və SSRİ Nazirlər Sovetinin BAM layihəsinin icrasına məsul komissiyasına rəhbərlik edib.
Bundan əlavə, ötən gün Rusiyanın "Perviy kanal"ında da eyni mövzuya dair reportaj yayımlandı.
"Moskvada tezliklə Heydər Əliyevin abidəsi olacaq. Bu həftə Azərbaycan səfirliyinin yaxınlığındakı parkda abidənin təməl daşı qoyuldu. Milyonlarla rusiyalı üçün bu siyasətçinin adı Baykal-Amur Magistralı ilə bağlıdır. Böyük miqyaslı və unikal logistika layihəsi əsasən Heydər Əliyevin səyləri və qərarlılığı sayəsində həyata keçirilib. Təbiət və texniki problemlərə əlavə olaraq iqtisadi çətinliklərə baxmayaraq, magistral vaxtında istismara verilib", - deyə aparıcı qeyd edib.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
- Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol
- SOCAR "KazMunayQaz", "Tatneft" və "Uzbeknefteqaz"la əməkdaşlığı genişləndirir
- Moskvada ümummilli lider Heydər Əliyevin abidəsi qoyulacaq