Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcəklər
ABŞ rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna rəsmiləri ilə deyil, həm də Rusiya nümayəndələri ilə görüşəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Tramp administrasiyasının yüksəkvəzifəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda görüşəcəklər", - deyə telekanal bildirib.
Danışıqlarda kimin iştirak edəcəyi dəqiqləşdirilməyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı vacib görüşlərin keçiriləcəyini və bu görüşlərin həm də Rusiya ilə əlaqəli olacağını bildirmişdi.
"Hesab edirəm ki, bu həftə əhəmiyyətli irəliləyiş əldə edəcəyik", - deyə Tramp vurğulayıb.
Bundan əvvəl "Axios" portalının müxbiri Barak Ravid ABŞ və Ukrayna nümayəndə heyətlərinin keçiriləcək görüşdə Rusiya ilə Ukrayna arasında atəşkəs elan edilməsinin mümkünlüyünü müzakirə edəcəklərini bildirmişdi. Məlumata görə, görüş 12 mart, çərşənbə günü Ciddə şəhərində baş tutacaq. ABŞ-nin dövlət katibi Marko Rubio görüşdə iştirak edəcək ABŞ rəsmiləri arasında yer alır.
"Rusiya ilə Ukrayna arasında sülh danışıqları" teqi üzrə xəbərlər
- Britaniya Kiyevi ABŞ ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara hazırlayır
- ABŞ-li senator Lindsi Qrem Vladimir Putini hədələdi
- KİV: "ABŞ Ukraynadan Rusiya ilə tezliklə atəşkəsə razılaşmağı tələb edir"
- Makron Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəsə qarşı çıxdı
- Zelenski: "Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq"