Milli Şuranın sədri, qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı günü açıqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, R.İbrahimbəyov Media forum saytına deyib ki, iyulun 30-da gələcək:
“Avqustun 2-də Azərbaycanda kino işçilərinin bayramıdır. Həmin gün Bakıda olmalıyam, tədbirlərdə iştirak etməliyəm. Hələlik bilet almamışam”.
Yayılan informasiyaların əksinə olaraq Rüstəm İbrahimbəyov Avropaya səfərinin başlamadığını bildirib: “Hazırda Moskvadayam, burada bəzi işlərim var, onları həll edirəm. Avropaya səfərim başlamayıb. Səfərlə bağlı danışıqlar aparıram. Səfər iyulun 21-nə nəzərdə tutulub. Amma ola bilsin ki, avqusta təxirə salınsın”.
Milli Şuranın sədri deyib ki, Avropaya səfəri, orada rəsmilərlə görüşməsi məsələsində problem yoxdur:
“Səfərin uzanması mənim işlərimlə bağlıdır”.