Gürcüstan prezidenti Mixail Saakaşvili çərçənbə günü BMT Baş Assambleyasında çıxış edib və heç bir şişirtmə olmadan söyləmək olar ki, prezidentin nitqinin böyük hissəsi Rusiyanın regiondakı rolu və rəsmi Moskvanın Gürcüstan da daxil olmaqla, keçmiş SSRİ respublikalarına təsirinə həsr olunub.
Sakaaşvili ehtiraslı və obrazlı şəkildə nitq söyləyib. Onun nitqinin təxminən yarısında Rusiyanın nümayəndə heyəti etiraz əlaməti olaraq BMT Baş Assambleyasının iclas zalını tərk edib, Oxu.Az “Qolos Ameriki” radiosuna istinadən xəbər verir.
Saakaşvili deyib ki, güclü dövlətlər – keçmiş sovet respublikaları – Ukrayna, Moldova, Ermənistan, Azərbaycan Rusiyaya sərf etmir.
“Siz düşünürsünüz ki, Putin Ermənistanın münaqişədə Azərbaycandan üstün olmasını istəyir? Xeyr. Bu, Ermənistanı çox güclü və potensial baxımından müstəqil edərdi. Yoxsa siz əksini – Moskvanın həqiqətən də Bakının İrəvandan üstün olmasını istədiyini düşünürsünüz? – Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Saakaşvili nitqində deyib. – Yox, onlar ümumiyyətlə kiminsə qələbə qazanmasını istəmirlər, onların məqsədi məhz münaqişəsinin olmasındadır, çünki bu, həmin millətlərə müstəqil olmaqda və Avropa İttifaqına inteqrasiya etməkdə mane olur”.