Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, o, bu fikirləri Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
Sadır Japarov İlham Əliyevə təşəkkür edib - VİDEO
"İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi qonaqpərvərliyi və mühüm tədbirin ən yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə prezident vurğulayıb.