Biz təkcə işğalçı Ermənistana qarşı vuruşmuruq, ikili oyun oynanılmasına, haqsızlığa, ədalətsizliyə, məkrə və hüquqsuzluğa qarşı vuruşuruq.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.
Millət vəkilinin sözlərinə görə, əgər kimsə fikirləşirsə ki, aprel döyüşləri bitib, səhv edir, yanlışlığa yol verir.
“Bir cəbhəni çıxmaqla, bütün müstəvilərdə bu döyüşlər gedir.
Özü də biz təkcə işğalçı Ermənistana qarşı vuruşmuruq.
Beynəlxalq normaların tapdanmasına, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin gözardı edilməsinə, konfliktin həllindənsə onun idarəsinə çalışılmasına, vasitəçilik misssiyasının, həm geosiyasi çıxar, həm də svilizasiyalararası qarşıdurma məntiqiylə aparılmasına qarşı vuruşuruq.
“Status-kvo” dəyişilməlidir deyidiyi halda, “problem ancaq sülh yoluyla həllini tapmalıdır” kimi yanaşmayla ikili oyun oynanılmasına, haqsızlığa, ədalətsizliyə, məkrə və hüquqsuzluğa qarşı vuruşuruq.
Bir sözlə, bir cəbhəni çıxmaqla, bütün cəbhələrdə vuruşuq”-deyə, S. Alıyev sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU