Serbiya Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Parlamentdən Oxu.Az-a verilən məlumata görə, spiker abidənin önünə gül dəstələri düzüb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.
Qaynar xətt:
(055) 224 12 12