Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sahibə Qafarova Serbiya Prezidenti və Milli Assambleyasının spikeri ilə görüşəcək
Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının Belqrad şəhərinə rəsmi səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova səfər çərçivəsində bu ölkənin Prezidenti və Milli Assambleyasının spikeri ilə görüşəcək.
Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər rəsmi şəxslər daxildirlər.
Belqrad şəhərinin Nikola Tesla adına hava limanında nümayəndə heyətini Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiyanın Baş naziri ilə görüşü nəzərdə tutulur. Burada nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 may - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"