Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sahibə Qafarova Slovakiyaya rəsmi səfərə gedir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 7-dən Slovakiyanın paytaxtı Bratislava şəhərində rəsmi səfərdə olacaq.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşməsi, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf istiqamətləri, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər müddətində nümayəndə heyətimizin üzvləri Slovakiya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə münasibətlərimizin dərinləşməsi barədə fikirlərini bölüşəcəklər.
Səfər oktyabrın 9-da başa çatacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək