Milli Məclisin sədri Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü münasibətilə partiya rəhbərliyinə və üzvlərinə təbrik ünvanlayıb.
Oxu.Az-ın məlumatına görə, Sahibə Qafarova bu barədə parlamentin iclasında danışıb:
"1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkəmizin siyasi həyatında müstəsna əhəmiyyətli hadisələrdən biri olub. Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə partiyamızın sədri İlham Əliyevi və partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram".
Samir Əli