UEFA Çempionlar Liqasında (ÇL) Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olan "Napoli" əsas oyunçularından birini itirə bilər.
Oxu.Az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubunun yarımmüdafiəçisini Skott Maktominey "Arsenal"ın maraq dairəsindədir.
Məlumata görə, "Mançester Yunayted"in 28 yaşlı sabiq futbolçusunu "Napoli" 80 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.
Şotlandiyalı futbolçu cari mövsümdə 14 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. İstedadlı futbolçunun Neapol klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Xatırladaq ki, "Napoli" ÇL-in əsas mərhələsinin V turunun oyunları çərçivəsində noyabrın 25-də İtaliyada "Qarabağ"ı qəbul edəcək. Dörd turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" 4 xalla 24-cü yerdə mövqe tutub.