"Azərbaycanda subsidiyalara ayrılan məbləğ həddindən artıq çoxdur. Ötən il fermerlərə 500 milyon manat subsidiya ayrılıb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir xatırladıb ki, 2024-cü ildə kənd təsərrüfatı sektoruna 1.1 milyard manat vəsait ayrılıb və bunun təxminən 500 milyon manatı fermerlərə subsidiya şəklində verilib:
"Subsidiyaların effektivliyi daim təhlil edilir və sistemin nəticəyönümlü formaya salınması üzərində işlər aparılır. Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması yalnız Azərbaycana xas deyil, bu, dünyanın bir çox ölkəsində tətbiq edilən dəstək mexanizmidir. Dünyanın hər yerində kənd təsərrüfatı məhsullarına subsidiyalar verilir. Fikrimcə, Azərbaycanda bu məbləğ həddindən artıq böyükdür. Əksinə, xüsusilə ixrac potensialı olan məhsullar üzrə biz bəzi ölkələrdən daha yüksək səviyyədə subsidiyalar təqdim edirik".
Mərahim Nəsib