Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şalva Papuaşvili: "Gürcüstanda dövlət çevrilişi hazırlanır"
"Gürcüstanda qeyri-konstitusion hökumət dəyişikliyi üçün aktiv hazırlıq gedir".
Oxu.Az-ın vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, parlament sədri Şalva Papuaşvili belə bir bəyanatla çıxış edib.
Onun sözlərinə görə, bir çox faktlar 2020-ci il ssenarisini təkrarlamağı planlaşdırdığını göstərir.
"Bir çox şey hökumətin qeyri-konstitusion dəyişdirilməsinə hazırlığın davam etdiyini göstərir. Siz bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci il cəhdinin təkrarıdır", - deyə Ş.Papuaşvili qeyd edib.
Hakim Gürcü Arzusu Partiyasının fikrincə, müxalifət seçkinin özünə deyil, ondan sonrakı günə hazırlaşır ki, bütün ölkədə iğtişaşlar törətsin.
Xatırladaq ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçiriləcək.
"Gürcüstanda parlament seçkisi" teqi üzrə xəbərlər
- Qərbin planı alt-üst oldu: Gürcüstan Ukraynaya çevrilmədi
- Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvilinin DOSYESİ
- Gürcüstanın Konstitusiya Məhkəməsi parlament seçkisi ilə bağlı qərar verdi
- Öz gözündə tiri görməyən Qərb Gürcüstanın gözündə çöp axtarır
- Kobaxidze: "Aİ səfiri ritorikasını dəyişməzsə, Gürcüstan tədbirlər görəcək"