Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Samir Şərifova yeni vəzifə həvalə edilib
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olacaq.
İndiyə qədər bu vəzifəni Əli Əhmədov icra edirdi.
"Yeni təyinat" teqi üzrə xəbərlər
Ən çox oxunanlar