Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik müqaviləsini ratifikasiya edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib.
Oxu.Az bu barədə Özbəkistan KİV-ə istinadən məlumat yayıb.
Xatırladaq ki, 2024-cü ilin 24 avqustunda Daşkənddə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"yə imza atıblar.
Müttəfiqlik haqqında müqavilə iki ölkə arasında nəqliyyat, rabitə, enerji və digər infrastruktur layihələrinin, o cümlədən çoxtərəfli formatda həyata keçirilməsi yolu ilə iki ölkə arasında qarşılıqlı əlaqənin gücləndirilməsinin zəruriliyini nəzərdə tutur.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa səfəri ilə bağlı paylaşım etdi
- Bəzi şəxslər Azərbaycandan Şimali Makedoniyaya vizasız buraxılacaqlar
- Smolenskdə həlak olan azərbaycanlı əsgərin şəxsiyyətini qaşıq əsasında müəyyən etdilər
- "Hraparak": "Türkiyədə Azərbaycanla Ermənistan arasında razılaşma əldə edilə bilər"
- Kanada Azərbaycana təşəkkür edib