Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avtomobil mühərrikinin GİZLİ DÜŞMƏNLƏRİ
Avtomobil mühərrikinin gücünün itirilməsinin ən çox rast gəlinən səbəbləri çirklənmiş drossel, köhnə alışdırma şamlarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru portalına açıqlamasında rusiyalı avtomobil eksperti Aleksandr Qoman danışıb.
"Mühərrikin effektivliyini azaldan ən geniş yayılmış səbəb çirkli drosseldir. Onu vaxtaşırı diqqətlə təmizləmək lazımdır. Köhnə alışdırma şamları da mühərrikin düzgün işləməsinə təsir edir. Belə halda avtomobil sanki "asqırır" və normal sürətlə hərəkət etmir", - deyə mütəxəssis bildirib.
Ekspertin sözlərinə görə, mühərrikin kifayət qədər güc inkişaf etdirməməsinin başqa bir səbəbi nasaz katalizatordur:
"Katalizator səsboğucu sistemi daxilində tıxana və ya ərimə halında ola bilər. Bu, avtomobilin dinamikasını zəiflədir, yanacaq sərfiyyatını artırır. Həmçinin, avtomobil üçün nəzərdə tutulmayan benzin növündən istifadə də dartqı gücünün itirilməsinə səbəb ola bilər".
Qoman əlavə edib ki, güc aqreqatının zəifləməsi çox vaxt porşen üzüklərinin yeyilməsi nəticəsində baş verir:
"Bu zaman yağ sərfiyyatı artır, mühərrikdə təzyiq aşağı düşür və yağ nasosu səmərəli işləyə bilmir", - deyə o qeyd edib.
"Mühərrikdə yaranan problemlər" teqi üzrə xəbərlər
- Əbədi mühərriklər: Hətta sahiblərindən də çox "yaşayacaq" 6 benzin motoru
- Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəb xırda detallar ola bilər - Mütəxəssislərdən izah
- Akkumulyatorun ömrünü qısaldan YAY SƏHVLƏRİ
- Salonda səssizlik kapot altında taqqıltıya çevrilir: Kondisionerlə başlayan xəta
- Avtomobil eksperti: "Maşın özü qərar verəcək ki, nə vaxt yağ dəyişmək lazımdır"