Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Səfa Mirzəyev deputatı “başa salıb” - AÇIQLAMA
Milli Məclis parlament sədri Sahibə Qafarovanın deputat Ramil Həsəni tənbeh etməsi barədə yayılan xəbərlərə reaksiya verib.
Parlamentin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin plenar iclaslarında sosial məsafə normalarına riayət etmək üçün deputatların iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirilməklə yerləşdirilməsi məcburiyyəti yaranıb.
Bildirilib ki, plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər.
“Deputatların hamısını əyləşdirmək məqsədi ilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılıb ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə əyləşdiriləcəklər. Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, iclasda səsvermə əlqaldırma yolu ilə həyata keçirilir.
“Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib”.
Lakin bu günlərdə, bəzi kütləvi informasiya vasitələrində bu tədbirlə bağlı narazılığın yaranması haqqında məlumatlar yayılıb.
Bu məlumat əsasən deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqədələndirilir.
Milli Məclisdən isə bildirilib ki, deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilib:
“Deputat Ramil Həsən buna anlayışla yanaşıb və o, bunun hər hansı deputata qarşı aşağılayıcı münasibət olmadığını başa düşüb. Deputat Ramil Həsən Milli Məclisin sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq edilməyib. Bəzi KİV-in bu məsələ ətrafında sensasiya yaratması həmin mətbuat orqanlarına heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyyə edirik”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ