“Azərbaycanla İsrail arasındakı əlaqələr mükəmməldir”.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
O bildirib ki, insanlar arasında təmaslar intensiv xarakter daşıyır:
“Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar. Onlar burada cəmiyyətin bir hissəsi kimi yaşayırlar”.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə səfir deyib ki, bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır:
“İsrail Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik”.
S.B.
www.oxu.az