Heydər Əliyev Mərkəzi Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin şərəfinə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Bu gözəl jest ABŞ-Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcək və qarşılıqlı rifah naminə ortaq öhdəliyimizin güclü simvoludur", - deyə paylaşımda qeyd edilib.
Dünən axşam Heydər Əliyev Mərkəzi ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəsmi səfəri münasibətilə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb. Bu gözəl jest 🇺🇸ABŞ-🇦🇿Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun,… pic.twitter.com/BNBNs9pBkm
— U.S. Embassy Baku (@USEmbassyBaku) February 11, 2026