Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik etdi
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Mixeil Kavelaşvilinin Bakı səfərinin mühüm məqamları - "Kaspi"nin TƏHLİLİ
- Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb
- Azərbaycanda nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat verməyəcəklər
- ADSEA-nın tabeliyindəki xidmətin işçilərinin sayı artırılıb
- "Mühasibat uçotu haqqında" Qanuna dəyişiklik edildi