Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yer yarıldı, içinə girdi: Seulda dəhşətli hadisənin ANBAAN kadrları
Cənubi Koreyanın paytaxtı Seulda dəhşətli qəza baş verib. Motosikletçi yolda qəflətən əmələ gələn nəhəng çuxura nəqliyyat vasitəsi ilə birlikdə düşüb. Onun cəsədi 18 saatlıq axtarış-xilasetmə işlərindən sonra 20 metr dərinlikdə aşkar edilib.
Oxu.Az bu barədə BBC-yə istinadən məlumat verir.
Kadrlardan görünür ki, torpaq çökən zaman oradan avtomobil keçir. Ancaq avtomobilin sürücüsü möcüzə nəticəsində çuxura düşməkdən xilas olub. Buna baxmayaraq, o xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Maşının ardınca gələn motosikletçi isə faciədən yan keçə bilməyib.
Qeyd edilib ki, yol örtüyünün çökməsinin səbəbi metro tunelinin çəkildiyi yerdə su kəmərinin partlaması olub. Xilasedicilər suyu boşaltmalı və motosikletçinin cəsədini palçıq və tikinti texnikası arasında axtarmalı olublar.
Hadisə ilə bağlı istintaq başlanılıb.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Moskva "Taliban"ı tanıdı - Rusiya Əfqanıstana qayıdır
- Cənubi Koreya KXDR ilə sərhəddə hərbi gücünü nümayiş etdirdi
- Cənubi Koreyada prezidentin iqamətgahına polis basqını oldu
- Cənubi Koreyada bir ilk: "Terminator-2" filmindəki transformasiya olunan "maye robot" yaradıldı
- Cənubi Koreyada metro tunelinin tikintisi zamanı çökmə: İtkin düşən var