Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi təbrik edib
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.
Oxu.Az Prezident.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.
Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.
Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Viktor Orban: "Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı İlham Əliyev həmişə yanımızda olub"
- Azərbaycan Prezidenti: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"
- Prezident: "Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik"
- Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Azərbaycan Prezidentini təbrik edib
- İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıb