Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Səudiyyə Ərəbistanının baş naziri Azərbaycan Prezidentini təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.
Oxu.Az Prezident.az -a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Sizə cansağlığı və səadət diləyirəm.
Uca Allahdan bu mübarək bayramın hamınıza xeyir və bərəkət gətirməsini arzu edirəm. Həqiqətən O, duaları eşidən və qəbul edəndir.
Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Azərbaycan davamlı sülh və sabitlik üçün konstruktiv səylərini qətiyyətlə davam etdirir"
- İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb
- Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik müqaviləsini ratifikasiya edib
- Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM