Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şimali Koreya dünyanın Kim Çen Ina sevgisindən danışdı
Bütün dünya Şimali Koreya lideri Kim Çen Ina heyran olub.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu fikirlər Şimali Koreya səfirliyinin press-relizində bildirilib.
Diplomatik missiyadan qeyd edilib ki, bu münasibət iyunda Sinqapurda keçirilən ABŞ və Şimali Koreya sammitində aşkar görünüb. Tədbirdə bütün dünya gördü ki, KXDR lideri “çox sadə, ciddi və xeyirxah” insandır.
“Kim Çen In danışıqların keçirildiyi yerə Trampdan əvvəl gəlməklə özündən yaşca böyük olan ABŞ prezidentinə hörmətini göstərdi. Danışıqlar prosesində isə o, dostluq münasibətini nümayiş etdirdi”, - səfirliyin məlumatında bildirilib.
“Şimali Koreya liderinin nüfuzu dünyada tanınır. Sammit zamanı Sinqapur hökuməti onun üçün xüsusi mühafizə təşkil etmişdi. Bundan başqa, Sinqapura səfəri zamanı o, bu ölkənin paytaxtını da gəzib”, - məlumatda deyilib.
Xatırladaq ki, KXDR və ABŞ arasında ilk ikitərəfli sammit iyunun 12-də keçirilib. Sammit çərçivəsində liderlər sənəd imzalayıblar. Tramp bu sənədi “vacib” adlandırıb.
Oxu.Az yeniləndi!
"Sinqapur" teqi üzrə xəbərlər
- "Mercedes" Sinqapurda maşınların rəngini dəyişəcək
- "TikTok"un baş qərargahında kütləvi zəhərlənmə baş verib
- Sinqapur sahillərində iki neft tankeri yanır
- Orta Dəhliz boyunca rəqəmsal platforma nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
- Kasım-Jomart Tokayev: “Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur” - MÜSAHİBƏ